"Baş məşqçimiz bizə çoxlu videolar göstərmişdi. Komanda olaraq çox yaxşı hazırlaşmışdıq. Sadəcə, rəqibin zəif cəhətlərini bilirdik. Qələbə qazandığımıza görə çox sevincliyik"

"Bney Yehuda"nın futbolçusu Məhəmməd Qədir "Neftçi"yə qalib gəldikləri (2:1) Avropa Liqasının III təsnifat mərhələsininin cavab matçından sonra jurnalistlərin suallarını cavablandırıb...


- Matçla bağlı fikirləriniz...
- Bizim üçün çox yaxşıdı. Bilirsiz, matçdan öncə heç kim fikirləşmirdi ki, biz qələbə qazanacağıq. Ancaq biz yaxşı nəticə qazandıq. Əks-hücumlarda yaxşı oynadıq. Nəticəyə görə xoşbəxtik.

- Buna qədər qol buraxmayan "Neftçi"ni hər iki matçda 2 dəfə məyus etdiz. Müdafiə belə zəif idi?
- Xeyr. Onlar çox yaxşı idilər. Baş məşqçimiz bizə çoxlu videolar göstərmişdi. Komanda olaraq çox yaxşı hazırlaşmışdıq. Sadəcə, rəqibin zəif cəhətlərini bilirdik. Qələbə qazandığımıza görə çox sevincliyik.

- Bu qələbədə əsas pay sahibi olduğunuzu düşünmürsüz ki? "Neftçi" iki matçda sizi dayandıra bilmədi...
-  Burda olduğuma görə xoşbəxtəm. Ən yaxşı oyunumu göstərməyə davam edəcəm.

- özünü bu komandada necə hiss edirsən?
- Əla. çox gənc komandamız var. Hamı uğur üçün acdı. Komandamız ilə qürur duyuram.

- "Neftçi"nin heyətində hansı futbolçunu qeydə edə bilərsiz?
- Məncə, hamı yaxşı idi. Əgər birini seçməliyəmsə, 8 nömrəli oyunçunu, kapitanı qeyd edərdim (Emin Mahmudovu nəzərdə tutur – red.). çox yaxşı futbolçudu. Həmçinin, 28 nömrəli oyunçunu vurğulamaq istərdim (Stiven Jozef-Monroz – red.).

- Qrupa düşmək şansınızı necə görürsüz?
- Biz buna inanırıq. "Malmö" ilə sınağımız olacaq. Biz ən yaxşı oyunumuzu etməyə hazırıq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest