Türkiyənin "Dənizlispor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi İngiltərənin "Ridinq" klubundan Modu Barrounu sıralarına cəlb edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Qambiyalı 26 yaşlı futbolçu 1 illik icarəyə götürülüb.
 
Qambiya yığmasında 8 oyuna 1 qol vuran, hər iki cinahda oynaya bilən yarımmüdafiəçi, karyerası ərzində "Lids", "Blekbern", "Nottingem Forest", "Suonsi Siti" kimi klublarda da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest