ötənlərin məşhur futbolçusu Sol Kempbellin məşqçilik karyerası heç də uğurlu alınmır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, "Makklesfild Taun" klubundan qovulub.

Kempbell ötən ilin noyabrında 4-cü liqa təmsilçisinə baş məşqçi təyin edilmişdi. Lakin komandanın uğursuz çıxışı onun 8 aylıq fəaliyyətinə son qoyması ilə nəticələnib.

Qeyd edək ki, "Tottenhem", "Arsenal", "Portsmut", "Notts Kaunti" və "Nyukasl"ın formasını geyinmiş Sol Kempbell futbolçu karyrerasını 2012-ci ildə başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest