"Roma" yarımmüdafiəçisi Cengiz ünderlə yeni müqavilə bağlayıb. Matc.az xəbər verir ki, bunu klub tvitter səhifəsi vasitəsilə bəyan edib.

Türkiyə millisinin üzvü "canavarlar"la olan sözləşməsinin müddətini 2023-cü ilin yayına qədər uzadıb. 22 yaşlı hücumameyilli oyunçu "Roma" ilə xəyallarını gerçəkləşdirəcəyinə inandığını bildirib.

Qeyd edək ki, Cengiz ünder "Roma"da keçirdiyi 65 oyunda 14 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest