"Roma"nın yarımmüdafiəçisi Stiven Nzonzinin "Qalatasaray"a keçidi rəsmiləşib. Matc.az xəbər verir ki, bunu 30 yaşlı futbolçu özü sosial şəbəkə vasitəsilə bəyan edib.

Fransa millisinin üzvü Türkiyə çempionuna icarəyə verilib. Tərəflər arasında anlaşmaya görə, İstanbul nəhəngi birillik icarə müddətini gələn ilin yayında daha bir il uzatmaq hüququna malik olacaq.

Qeyd edək ki, Stiven Nzonzi "Roma"ya ötən il "Sevilya"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest