İngiltərənin "Mançester Yunayted" klubu qapıçısı Joel Pereyranı icarəyə göndərib. Matc.az xəbər verir ki, 23 yaşlı qolkiper 2019/20 mövsümünü icarə əsasında Şotlandiyanın yüksək liqa təmsilçisi "Harts"da keçirəcək. 
 
Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb.
 
Pereyra bu yay komandanın təlim-məşq toplanışı çərçivəsində bəzi matçlarda iştirak edib. O, Beynəlxalq çempionlar kubokunda "Milan"a qarşı görüşdə də oynayıb.
 
"Mançester Yunayted"in öz yetirməsi olan qolkiper İsveçrə doğumlu portuqaliyalıdı. O, vaxtilə İsveçrənin aşağı yaş qrupları üzrə yığmalarında çıxış etsə də, sonradan Portuqaliyanın U-18, U-20 və U-21 millilərində oynayıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest