Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı davam edir. Matc.az xəbər verir ki, ikinci yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparıb.
 
Əsgər Məmmədəliyev əvvəlcə İsveçrə, daha sonra isə Monqolustan təmsilçisinə vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Ukraynadan olan rəqibinə uduzub. Əsgər avqustun 14-də bürünc medal uğrunda mübarizədə Rusiya güləşçisiylə də bacarmayıb.
 
Hacımurad Hacıyev gürcü və yunan həmkarlarını üstələyərək yarımfinala çıxsa da, bu mərhələdə amerikalı güləşçiylə bacarmayıb. Avqustun 14-də üçüncü yer uğrunda qarşılaşmaya çıxan Hacıyev Rusiya pəhləvanına rahat qalib gələrək dünya çempionatının bürünc medalına sahib çıxıb.
 
Məhəmməd Asiyatilov debütdə İran pəhləvanına müqavimət göstərə bilməyib.
 
Asxab Həmzətov ilk mərhələdə koreyalı, 1/8 finalda isə Cənubi Afrikadan olan pəhləvanlara göz açmağa imkan verməyib. Ancaq Balakən güləş məktəbinin yetirməsi 1/4 finalda Rusiya güləşçisinə məğlub olub. Ancaq rəqib finala yüksəldiyi üçün Həmzətov avqustun 14-də təsəlliverici görüşə çıxıb və iranlı pəhləvana uduzub.
 
İslam Abuyev təsnifat mərhələsində Qazaxıstan idmançısını mübarizədən kənarlaşdırsa da, hindli güləşçiyə yenilib.
 
 
61 kq
1/8 final - Əsgər Məmmədəliyev - Nino Leutert (SUİ) 10:0
1/4 final - Əsgər Məmmədəliyev - Tuqsyarqal Erdenebat (MGL) 11:0
1/2 final - Əsgər Məmmədəliyev - Andrey Celep (UKR) 5:11
Bürünc medal görüşü - Əsgər Məmmədəliyev - Alik Xadartsov (RUS) 0:6
 
74 kq
1/8 final - Hacımurad Hacıyev - Qoqa Mamiauri (GEO) 7:2
1/4 final - Hacımurad Hacıyev - Georgios Kuqiumtsidis (GRE) 12:2
1/2 final - Hacımurad Hacıyev - David Aaron Karr (USA) 0:10
Bürünc medal görüşü - Hacımurad Hacıyev - Devid Betanov (RUS) 7:0
 
86 kq
Təsnifat - Məhəmməd Asiyatilov - Səccad Səid Həbibiehsani (İRİ) 0:10
 
92 kq
Təsnifat - Asxab Həmzətov - Vonvi çoi (KOR) 11:0
1/8 final - Asxab Həmzətov - Maykl Cons Grobler (RSA) 10:0
1/4 final - Asxab Həmzətov - Alan Baqayev (RUS) 1:3
Təsəlliverici görüş - Asxab Həmzətov - Əli Rza Abbasəli Abdullahi (İRİ) 0:4
 
125 kq
Təsnifat - İslam Abuyev - Bakdaulet Osserbay (KAZ) 2:0
1/8 final - İslam Abuyev - Vişal Vişal (İND) 1:5

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest