"Valensiya" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Belə ki, La Liqa təmsilçisi "Vilyarreal"ın müdafiəçisi Xayme Kostanı transfer edib. 31 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Xayme məhz "Valensiya"nın yetirməsidi. O, 2007-2010-ci illər aralığında bu klubun B komandasında oynasa da, əsas kollektivdə debüt şansı qazanmayıb. Sol cinah müdafiəçisi 2010-cu ildən bəri "Vilyarreal"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest