PSJ-nin yarımmüdafiəçisi Anxel Di Mariya gələcəyi ilə bağlı qərarını verib. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, argentinalı futbolçu yeni sözləşmə imzalayıb.

Yeni anlaşmaya əsasən, ulduz futbolçu 2021-ci ilə qədər Paris təmsilçisinə məxsus olacaq. 30 yaşlı oyunçu yeni sözləşmədən məmnun qaldığını açıqlayıb: "PSJ-də 3 gözəl il keçirdim. Ən yaxşı oyunumu sərgiləmək üçün burda hər şey var".

Qeyd edək ki, Di Mariya 2015-ci ildən bəri PSJ-nin heyətində 150 oyun keçirib, 57 qol, 58 məhhuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest