"Yuventus"un iki futbolçusu karyerasını Fransada davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, müdafiəçi Daniel Ruqani və yarımmüdafiəçi Blez Matuidi "Monako"nun maraq dairəsindədi.

"Roma"nın icarəyə götürmək istədiyi Ruqani üçün "Monako" 35 milyon avro təklif edib. Həmçinin klubunu dəyişməyi düşünən Matuidi ilə danışıqlar da davam edir.

Qeyd edək ki, Blez Matuidi "Yuventus"a gəlməzdən əvvəl ölkəsi Fransada "Trua", "Sent-Etyenn" və PSJ-də çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest