"Qarabağ"ın futbolçusu Markos Madera Migel çempionlar Liqasının III təsnifat mərhələsinin APOEL-lə cavab oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Matc.az saytının xəbərinə görə, ispaniyalı yarımmüdafiəçi 0:2 hesablı məğlubiyyətə aydınlıq gətirib.  

- "Qarabağ" bu gün niyə uduzu?
- Futboldu, bəzən alınmır. Hərdən gözlənilməz şəkildə uduza və ya qalib gələ bilərsən. İrəli baxmaq lazımdı.

- Komandada arxayınlıq var idi?
- Niyə gözlənilməz qələbə olsun ki? İlk oyunda biz, bu dəfə onlar qalib gəldi. Oyuna köklənmişdik. Alınmadı, nə edək?

- "Qarabağ" baxımlı futbol oynayan komandadı. Bu gün onu görmədik. Meydanda istədiyinizi niyə edə bilmirdiniz?
- Razıyam ki, istədiyimiz alınmadı. 3-4 qol şansımız oldu, onlardan yararlansaydıq, fərqli olacaqdı. Hətta "Barselona" və "Real"ın da uğursuz günləri olub. "Qarabağ" hər matçı yaxşı keçirmək məcburiyyətində deyil.

- APOEL-dəki baş məşqçi dəyişikliyi oyuna təsir etdi?
- Bizim qol vəziyyətlərimiz oldu, alınmadı, top qapıya girmədi. Penaltidən fərqləndilər. İkinci hissədə də bir zərbəyə bir qol buraxdıq. Yenə deyirəm, futboldur, dramatikləşdirməyə dəyməz.

- İlk oyundakı nəticəni gözlənilməz, bu nəticəni isə gözlənilən adlandırmaq olar? Kənardan belə görünürdü.
- öncədən hər şeyi görürsünüz, sizi alqışlamaq lazımdı. Təkrar edirəm ki, bizdə alınmadı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest