"Çox xoşbəxtik və qürur duyuruq. Bir çox insan turu keçəcəyimizə inanmırdı. Lakin biz sona qədər inandıq. Futbolçular son ana kimi mübarizə apardı. Oyun zamanı epizodların birində hakimdən cərimə zərbəsi tələb etdim"

"Qarabağ" çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Kiprin APOEL klubuna 0:2 hesabı ilə uduzaraq, mübarizəni dayandırdı. Matc.az xəbər verir ki, oyundan sonra qonaqların kapitanı Giorgos Merkis Kipr kanalına açıqlama verib.

34 yaşlı yunanıstanlı müdafiəçi "Qarabağ"ın futbolçularından biri ilə yaşadığı dialoqu efirdə səsləndirib: "çox xoşbəxtik və qürur duyuruq. Bir çox insan turu keçəcəyimizə inanmırdı. Lakin biz sona qədər inandıq. Futbolçular son ana kimi mübarizə apardı. Oyun zamanı epizodların birində hakimdən cərimə zərbəsi tələb etdim. Rəqibin hücumçusu isə mənə dedi ki, qadın kimi ağlama. Ona "Ağlamıram, yunanam", - deyə cavab verdim. Mənə cavabında bildirdi ki, türklərin sənə nə etdiyini xatırlayırsan? "Yadımdadı, bu gün nə edəcəyinizi göstərin", - deyə ona cavab verdim". Biz ona göstərdik. Buna görə də yunan bayrağına sarılmışam".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest