Fransanın "Monako" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi son mövsümü Türkiyənin "Qalatasaray" klubunda keçirmiş Henri Onyekurunu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Müqavilə ilə İngiltərənin "Everton" klubuna məxsus olan 22 yaşlı nigeriyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
 
Onyekuru 2017-ci ildə Belçikanın "Eupen" klubundan transfer olunduğu "Everton"da heç bir rəsmi oyun keçirməyib. Belə ki, 22 yaşlı hücumçu 2017/18 mövsümünü "Anderlext"də, 2018/19 mövsümünü isə "Qalatasaray"da icarədə keçirib. O, geridə qalan mövsümdə Türkiyə klubunun heyətində 44 oyuna çıxıb, 16 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest