İspaniyanın "Atletik" klubu ulduz futbolçusu İnaki Uilyamsla müqavilənin müddətini uzadıb. Matc.az La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu ilə 9 illik yeni müqavilə imzalanıb.
 
İspaniyada anadan olan Qana əsilli futbolçu 2028-ci ilə qədər Bilbao təmsilçisinin uğurları üçün çalışacaq. Klub onun sərbəstqalma məbləği olaraq 135 milyon avro göstərib. Əvvəlki müqavilədə onun sərbəst qalması üçün 88 milyon avro ödənilməli idi.
 
Uilyams "Atletik"in öz yetirməsidi. Onun bu yay "Mançester Yunayted" başda olmaqla bir sıra Avropa nəhənglərinə transferi gündəmdə idi. 
 
İspaniyalı forvard geridə qalan mövsümdə La Liqanın 38 oyununun hamısında forma geyinib, 12 qol, 5 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest