Türkiyənin "Qaziantepspor" klubu heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi İtaliyanın "Frozinone" klubunun qanalı yarımmüdafiəçisi Raman çibsa və Ukrayna "Şaxtyor"unun (Donetsk) hücumçusu Olarenvaju Kayodeni transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
çibsa Türkiyə klubu ilə 3 illik müqavilə imzalayıb. 26 yaşlı futbolçu karyerası ərzində "Yuventus", "Parma", "Benevento" klublarında da çıxış edib. O, Qana yığmasında da 3 oyuna çıxıb. Raman geridə qalan mövsümdə İtaliya A Seriyasında 32 oyuna çıxıb, 1 qol vurub.
 
Kayode isə "Şaxtyor"dan 1 illik icarəyə götürülüb. 26 yaşlı nigeriyalı forvard İngiltərənin "Mançester Siti" klubunda da çıxış edib. Olarenvau Nigeriya yığmasında da 4 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest