Türkiyənin "Gənclərbirliyi" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi braziliyalı mərkəz müdafiəçisi Flavio da Silva Ramosu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu Portuqaliyanın "Feyrense" klubundan satın alma şərti ilə 1 illik icarəyə götürülüb.
 
Flavio Ramos 2016-cı ildən "Feyrense"də çıxış edirdi. O, daha öncə Braziliyanın "Nautiko" klubunun uğurları üçün çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest