Almaniyanın "Proyssen" klubu yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi Münster klubu Almaniya Bundesliqasında mübarizə aparan Dortmund "Borussiya"sı ilə üz-üzə gəlib.
 
üçüncü bundesliqa təmsilçisi bu oyunda 4 cavabsız qola üzülüb. Elita təmsilçisinin heyətində Mario Qötse dubla imza atıbsa, Leonardo Balerdi və Dan-Aksel Zaqadu hərəyə bir dəfə fərqlənib.
 
Dadaşov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest