"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva yenidən Premyer Liqa çempionluğunu hədəflədiklərini söyləyib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, portuqaliyalı futbolçu bu dəfə işlərinin daha çətin olduğunu düşünür.

24 yaşlı oyunçu çempionluq yolunda əsas rəqiblərini də açıqlayıb: "çempionluq uğrunda "Mançester Siti" ilə kim mübarizə aparacaq? İlk növbədə "çelsi" və "Liverpul". Onlar çox güclüdələr. Həmçinin "Arsenal" və hətta "Tottenhem" də bizi dayandıra bilər. Fikrimcə, bu dəfə işimiz daha çətin olacaq. çünki ötən mövsüm heç kim bizdən belə yüksək səviyyədə oyun və böyük xal fərqi gözləmirdi. Rəqiblər bu il bizdən xal almaq üçün daha çox mübarizə aparmalı olduqlarını bilirlər. Əlbəttə ki, asan olmayacaq. Ancaq hər oyunda 3 xal qazanaraq yenidən çempion olmaq istəyirik. İndi mövsümün əvvəlidi, arxayınlaşmaq olmaz".

Qeyd edək ki, Premyer Liqada 10 turdan sonra "Mançester Siti" və "Liverpul" hərəyə 26 xalla zirvəni bölüşürlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest