Azərbaycan millisinin sabiq futbolçusu Uğur Pamuk sıradan çıxıb. Matç.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi klubu "Manisaspor"un heyətində zədələnib.

ötən həftə II liqanın "Sakaryaspor"la matçında çiynindən xəsarət alaraq mübarizəni yarımçıq tərk edən oyunçu tibbi müayinədən keçib. Həkimlər zədənin ciddi olduğunu və Pamukun 2-3 həftə komandasına kömək edə bilməyəcəyini açıqlayıblar.

Qeyd edək ki, Uğur Pamuk 2012-ci ildə Azərbaycan millisinə dəvət alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest