"Roma"nın müdafiəçisi Aleksandr Kolarov karyerasını Türkiyədə davam etdirməyə yaxındı. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 34 yaşlı futbolçu "Fənərbaxça" ilə hərtərəfli razılıq əldə edib.

Hətta tərəflər arasında ilkin sözləşmə də bağlanılıb. Anlaşmaya əsasən, keçiddən imtina edən tərəf 500 min avroluq təzminat ödəməli olacaq. İstanbul nəhənginin idman direktoru Komolli "Roma" rəhbərliyi ilə danışıqları davam etdirir. O, "canavarlar"ı 2 milyon avroya razı salmağa çalışır.

Qeyd edək ki, Aleksandr Kolarovun "Roma" ilə müqavilə müddəti gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest