"Yuventus"un hücumçusu Mario Mandzukiç Almaniyaya qayıtmağa hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 33 yaşlı forvard "Bavariya" ilə danışıqları yekunlaşdırıb.

Bosniyalı oyunçunun razılığını ala münhenlilər qarşı tərəfə 15 milyon avroya transfer etmək şərti ilə birillik icarəyə götürmə təklifi edib. "Qoca sinyora" rəhbərliyi buna müsbət cavab verib. "Mançester Yunayted"ə keçməkdən son anda imtina edən forvard yaxın günlərdə Almaniyaya yollanacaq.

Qeyd edək ki, Mario Mandzukiç 2012-2014-cü illərdə "Bavariya"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest