İngiltərə çempionu "Mançester Siti" uzun müddətdi danışıqlar apardığı futbolçusu İlkay Gündoğanın müqaviləsinin müddətini uzadıb. Matc.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ilə müddəti 2023-cü ilə qədər olan yeni sözləşmə imzalanıb. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
2016-cı ildə "Borussiya"dan (Dortmund) "Mançester Siti"yə keçən İlkayın əvvəlki müqaviləsinin müddəti 2020-ci ilin yayına qədər idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest