İngiltərənin "Everton" klubu heyətini yeni futbolçuyla gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi London "Arsenal"ından Aleks İvobini transfer edib. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı hücumçu ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.
 
Transferin detalları açıqlanmasa da, İngiltərə mətbuatının xəbərinə görə, "Everton" İvobi üçün 30 milyon avro ödəyib. Amma bonuslarla bu məbləğin 34 milyon avroya çatması nəzərdə tutulub.
 
"Arsenal"ın yetirməsi olan İvobi, Nigeriya millisinin də üzvüdü. O, geridə qalan mövsümdə "topçular"ın heyətində 51 oyuna çıxıb, 6 qol və 9 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest