Yeni mövsümün son hazırlıqlarını görən "Səbail" daha bir yoxlama görüşündə qüvvəsini sınayacaq. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi bu gün meydana çıxacaq.

Aftandil Hacıyev ölkəmizdə toplanışda olan Qətər təmsilçisi "Əl Samiyə" ilə qarşılaşmada komandasının hazırkı durumu ilə tanış olacaq. Bakı Olimpiya Stadionunun köməkçi meydançasında baş tutacaq qarşılaşma saat 17:30-da start götürəcək.

Qeyd edək ki, "Səbail" Qətər təmsilçisi ilə avqustun 2-də yoxlama görüşü keçirmiş və 2:1 hesablı qələbə qazanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest