"Şalke"nin yarımmüdafiəçisi Yevgeni Konoplyanka karyerasını Türkiyədə davam etdirəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 30 yaşlı futbolçu "Beşiktaş"ın formasını geyinəcək.

Klublar arasında hərtərəfli razılıq əldə olunub. Ukrayna millisinin üzvü gələn il azad agent olacağından, "Şalke" onu 3 milyon avroya satmağa razılıq verib. Konoplyanka gələn həftə İstanbula yollanaraq, yeni komandası ilə 3 illik müqavilə imzalayacaq. Futbolçunun illik məvacibi 2 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Yevgeni Konoplyanka "Şalke"yə 2016-cı ildə "Sevilya"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest