"Gözlənilmədən diqqətsizlikdən iki qol buraxdıq. Buna baxmayaraq, bütün komanda ilə hücum etməyə çalışırdıq. Rəqib əks-hücumda iki qol vurdu. Komanda düzgün ruh yüksəkliyi və əzmkarlıq göstərdi. Sona qədər vuruşduq, məğlubiyyətdən xilas olduq". Matc.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Dario Frederiko deyib.

"Neftçi" Avropa Liqasının III təsnifat mərhələsinin Bakıda keçirilən oyununda "Bney Yehuda" klubu ilə qarşılaşıb. İsrail təmsilçisi ilə 2:2 hesabı ilə yekunlaşan qarşılaşmadan sonra braziliyalı legioner jurnalistlərin suallarını cavablandırıb.

- Rəqib hesabda 2:0 önə keçəndə qalib gələ biləcəyinizi düşünürdünüz?

- Əlbəttə. İlk hissənin sonlarına yaxın vurduğumuz qol bizə daha çox inam verdi. Paltardəyişmə otağında baş məşqçi müəyyən taktiki dəyişikliklər etdi və öz tapşırıqlarını verdi. İnamımız böyük idi ki, oyunda dəyişiklik edəcəyik. Məğlubiyyətdən qaça bildik.

- Oyununuzun alınmamağı nə ilə bağlı idi?

- İnanmıram ki, öz oyunumu göstərə bilməyim. Bacardığım qədər komandaya kömək etməyə çalışıram. Son oyunlar hamı görür ki, "Neftçi" qalib gəlir. Axırıncı iki oyunda iki qola imza atmışam. Deməzdim ki, oyunumuz istənilən kimi alınmır.

- Bu gün komandaya kömək edə bildiniz?

- Əlbəttə, inanıram ki, köməyim dəydi. İlk qolda mənim zərbəmdən sonra top Monrozun qarşısına düşdü və qol vurdu. O qolda mənim də payım oldu.

- İsraildəki oyunda şansları necə hesab edirsiz?

- Komandaya inamım böyükdü. Son oyunlar yaxşı çıxış edirik. Güclü komanda olduğumuzu göstərmişik. İsrailə yalnız qələbə üçün gedəcəyik. öz futbolumuzu oynayacağıq. Buraxdığımız iki qol "Bney Yehuda"nın gözəl oyununa görə deyildi. Buraxdığımız səhvlərdən sonra qapımızda qol gördük. İnamımız böyükdü ki, nəticə xeyrimizə olacaq.

- Mətbuatda "Bney Yehuda"nın Tula "Arsenal"ından daha zəif rəqib olduğu barədə yazılanlar sizi arxayınlaşdırmırdı?

- Deməzdim ki, sosial şəbəkələr və mediada verilən şərhlər bizə əks təsir etsin. İndiki zamanda futbolda zəif və güclü komanda anlayışı yoxdur. Zəif komandaların güclü rəqiblərə qalib gəldiyini dəfələrlə görmüşük. Bu da futbolçuların əzmkarlığından asılıdır. Bunların təsir etdiyini deməzdim.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest