"Barselona"nın yarımmüdafiəçisi Malkom komandasını dəyişmək niyyətindədi. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, Braziliya millisinin üzvü klubundakı durumundan məmnun deyil.

Gənc futbolçu bununla bağlı rəhbərliyə müraciət edib. O, oynamaq şansı əldə etməyəcəksə, yanvarda transferə çıxarılmasını istəyib. 21 yaşlı oyunçu hətta baş məşqçi Ernesto Valverde ilə də görüşərək, onunla bağlı planlarını öyrənmək istəyib. çalışdırıcı futbolçudan məmnun qaldığını, sadəcə, hələlik başqa oyunçulara şans verdiyini söyləyib.

Qeyd edək ki, Malkom "Barselona"ya bu yay "Bordo"dan transfer olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest