Almaniyanın "Auqsburq" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisi çexiyalı qapıçı Tomaş Koubeki transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Fransanın "Renn" klubundan transfer olunan 26 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
 
çexiya yığmasında 9 oyun keçirmiş Koubek 2017-ci ildən "Renn"in uğurları üçün çalışırdı. O, daha öncə ölkəsində "Hradeç Kralove", "Sparta" (Praqa) və "Slovan" (Liberets) klublarında da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest