"Barselona"nın kapitanı Lionel Messinin durumuna aydınlıq gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya klubu ilə çıxdığı ilk məşqdə sağ ayaq əzələsində dartılma olan argentinalı superulduz La Liqanın startını buraxacaq.

Komanda ilə ABŞ turnesinə yollanmayan və fərdi məşqlərə başlayan 32 yaşlı futbolçu "Napoli"yə qarşı yoxlama görüşləri ilə yanaşı, La Liqanın ilk turunda "Atletik"lə səfər matçını da buraxacaq.

Qeyd edək ki, "Atletik" - "Barselona" görüşü avqustun 17-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest