"Estremadura"nın idman direktoru Lopes Ramos "Qarabağ"ın hücumçusu Mahir Emreli ilə bağlı yerli mətbuata danışıb. Matc.az xəbər verir ki, klub rəsmisi milli komandamızın üzvü ilə danışıqların davam etdiyini söyləyib.

O, "Qarabağ"ın avrokuboklarda mübarizə aparmasının işlərini çətinləşdirdiyini vurğulayıb: "Mahir Emreli hamımızın bəyəndiyi futbolçudu. İdman menecmenti, rəhbər heyət və məşqçilər korpusu onu burda görmək istəyir. Ancaq burda incə bir məqam var, Mahir hazırkı klubu ilə avrokubokda mübarizə aparır. Danışıqların əsas iştirakçısı olduğumuzu bilirik. Amma səbrli olmalıyıq".

Qeyd edək ki, Mahir Emreli La Liqa-2-nin digər klubları "Malaqa" və "Almeriya"nın da maraq dairəsindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest