İngiltərənin "Brayton" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi fransalı hücumçu Nil Mopeni transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Brentford"dan transfer olunan futbolçu ilə 4 illik müqavilə imzalanıb.
 
"Brayton" Mope üçün "Brentford"a 20 milyon avro ödəyib.
 
Fransanın U-16, U-17, U-19, U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayan Mope, "Nitsa"nın yetirməsidi. O, peşəkar karyerası ərzində bu klubla yanaşı, ölkəsində "Sent-Etyen" və "Brest"in də şərəfini qoruyub. 22 yaşlı forvard 2017-ci ildən "Brentford"da çıxış edirdi. Fransız hücumçu ötən mövsüm çempionşipdə 43 oyuna 25 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest