Rusiyanın "Spartak" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Moskva təmsilçisi Hollandiyanın "Alkmaar" klubundan Qus Tili transfer edib. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
 
"Spartak" Til üçün "Alkmaar"a 18 milyon avro təzminat ödəyib.
 
"Alkmaar"ın yetirməsi olan Til, bir dəfə də Hollandiya millisinin formasını geyinib.
 
Moskva "Spartak"ında azərbaycanlı yarımmüdafiəçi Ayaz Quliyev də çıxış edir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest