Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Dinamo" yeni transferə hazırlaşır. Matc.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, Moskva təmsilçisi yeni ön xətt oyunçusu ilə güclənir.

Premyer Liqa klubu Dortmund "Borussiya"sının forvardı Maksimilian Filipplə anlaşıb. Klublar arasında danışıqlar da müsbət yekunlaşıb. Gün ərzində Moskvaya yollanacaq Filipp yeni komandasında tibbi müayinədən keçəcək və müqavilə imzalayacaq.

25 yaşlı almaniyalının transferinin "Dinamo"ya  20 milyon avroya başa gələcəyi bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest