Azərbaycan Premyer Liqasında 2019-20 mövsümünün startına 10 gün vaxt qalıb. Matc.az saytının məlumatına görə, yay fasiləsində yoxlama görüşlərində qüvvələrini sınayan elita təmsilçiləri hazırlığın son mərhələsini ölkə daxilində keçir.

8 klubun hər biri toplanışın böyük hissəsini ölkə xaricində keçib. "Qarabağ" Avstriyada, "Səbail" Bolqarıstanda olubsa, digər 6 komanda Türkiyədə hazırlaşıb. "Neftçi" istisna olmaqla, digər komandalar hazırlığın ikinci mərhələsi öncəsi ölkə daxilində də bir-biriləri ilə üz-üzə gəliblər. Həmçinin Bakıda toplanışda olan Küveytin "Əl Samiyə" klubu bu müddətdə iki komandamızla yoxlama görüşündə qüvvəsini sınayıb.

"Qarabağ"la "Səbail" arasında matçın hər hissəsi 30 dəqiqədən ibarət olubsa, "Neftçi"nin Türkiyədə "Politexnika İaşi" ilə görüşü əlverişsiz hava ucbatından cəmi 11 dəqiqə oynanılıb.

 

"Qarabağ"

"Səbail" - 3:1 (Dani Kintana, Filip Ozobiç, Tural Bayramov)

"Ludoqorets" (Bolqarıstan) - 0:2

"Universitatya Krayova" (Rumıniya) - 0:0

"Ufa" (Rusiya) - 2:1 (Zubir, 54; Miçel, 62)

"Viktoriya" (çexiya) - 2:2 (Mahir Emreli, 42, 52)

 

"Neftçi"

"OIK-Xabarovsk" (Rusiya) - 3:1 (Namiq Ələsgərov, 22; Rəhman Hacıyev, 28; Emin Mahmudov, 45)

"Politexnika İaşi" (Rumıniya) - 0:0 (Güclü dumana görə 11-ci dəqiqdə dayandırılıb)

"Vorskla" (Ukrayna) - 2:3 (Vangelis Platellas, 29; Dario Frederiko, 33)

 

"Səbail"

"Qarabağ" - 1:3 (Fəhmin Muradbəyli)

"Lokomotiv" (Plovdiv, Bolqarıstan) - 0:1

"Beroe" (Bolqarıstan) - 0:4

"Klinçeni" (Rumıniya) - 0:0

"FK Makedoniya" (Makedoniya) - 0:1

"Əl Samiyə" (Qətər) - 2:1 (Rahid Əmirquliyev, 10; Ədilxan Qarəhmədov, 55)

 

"Qəbələ"

"Zirə" - 1:1 (Murad Musayev)

"Mariupol" (Ukrayna) - 2:1 (ülvi İsgəndərli, 2; Roman Hüseynov, 17)

"Vorskla" (Ukrayna) - 1:3 (ülvi İsgəndərli, 41)

"Boluspor" (Türkiyə) - 2:1 (Merab Qiqauri, 19; Klesio, 47)

 "Əl Salmiyə" (Küveyt) - 2:0 (Asif Məmmədov, Fernan Lopez)

 

"Zirə"

"Qəbələ" - 1:1 (Murad Musayev (avtoqol))

"Sabah" - 3:5 (Şafik Tiqrudca, 6; Mfo Kqasvane, 20; İlkin Muradov, 84 (pen.))

"Keşlə" - 2:2 (Nicat Süleymanov, 39; Soni Norde, 84)

"Konkordiya" (Rumıniya) - 0:0

"Adana Dəmirspor" (Türkiyə) - 2:3 (Şafik Tiqrudca, Soni Norde)

"Heartland" (Nigeriya) - 5:0 (Miloş Bakraç, Nicat Süleymanov, Şafik Tiqrudca (pen.), Robin Nqalande, Tellur Mütəllimov)

"Əl-Vakrah" (Qətər) - 1:2 (Cavid Hüseynov (pen.))

 

"Sumqayıt"

"Keşlə" - 2:1 (Amil Yunanov, 18; Rüfət Abdullazadə, 85)

"Sabah" - 0:2

"Petrolul" (Rumıniya) - 2:2 (Şəhriyar Əliyev, 16; Rüfət Abdullazadə, 38)

"Ahal" (Türkmənistan) - 1:0 (Əmir Ağayev, 11)

"Diyarbakırspor" (Türkiyə) - 0:1

"Gənclərbirliyi" (Türkiyə) - 1:1 (Amil Yunanov, 46)

 "Akhisar" (Türkiyə) - 0:0

 

"Sabah"

"Zirə" - 5:3 (Emil Qasımov, 8; Elvin Camalov, 18 (avtoqol); Hendrik Eksteyn, 48, 70; Cavid Tağıyev, 89)

"Sumqayıt" - 2:0 (Hendrik Eksteyn, 29; Filip İvanoviç, 55)

"Konkordiya" (Rumıniya) - 1:2 (Cavid Tağıyev, 51)

"Kəmərspor" (Türkiyə) - 2:1 (Diallo, 19; Eksteyn, 26)

"Əl-Şahaniyə" (Qətər) - 3:2 (Məqsəd İsayev, 11, 54; Cavid İmamverdiyev, 22)

"Gənclərbirliyi" (Türkiyə) - 2:4 (Təmkin Xəlilzadə, 2; Emil Qasımov, 52)

 

"Keşlə"

"Sumqayıt" - 1:2 (Ruslan Qurbanov, 14)

"Zirə" - 2:2 (Slavik Alxasov, 6; Emin Mehdiyev, 21)

"Osmanlıspor" (Türkiyə) - 0:0

"çaykur Rizəspor" (Türkiyə) - 0:3

"Batman Petrolspor" (Türkiyə) - 2:0 (Lorenso Frutos, Vüsal İsgəndərli)

 

Komanda  

O

Q

H

M

T/F

Qarabağ    

5

2

2

1

7-6

Neftçi

2

1

0

1

5-4

Səbail

6

1

1

4

3-10

Qəbələ

5

3

1

1

8-6

Zirə

7

1

3

3

14-13

Sumqayıt

7

2

3

2

6-7

Sabah

6

4

0

2

15-12

Keşlə

5

1

2

2

5-7

Qeyd: komandalar ötən mövsümdəki ardıcıllıqla sıralanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest