"Barselona"nın yarımmüdafiəçisi Arturo Vidal futbol tarixində ən güclü hesab etdiyi futbolçuların adlarını açıqlayıb. Matç.az saytının "Mundo Deportivo"ya istinadən məlumatına görə, çilili futbolçu hər mövqe üzrə bir nəfər seçib.

Onun fikrincə, ən güclü qapıçı Almaniya yığmasının və "Bavariya"nın əfsanəvi "1 nömrəsi" Oliver Kandı. "Barselona"nın keçmiş kapitanı Karles Puyol ən sevimli müdafiəçi, kataloniyalıların sabiq braziliyalısı Ronaldinyo isə yarımmüdafiəçidi. O, futbol tarixinin ən yaxşı hücumçusunun "Yuventus"un portuqaliyalı superulduzu Kriştianu Ronaldo olduğu qənaətindədi.

Qeyd edək ki, Arturo Vidal "Barselona"ya bu yay "Bavariya"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest