Xulen Lopeteqi ilə yollarını ayıran "Real" baş məşqçi axtarışlarını davam etdirir. Matç.az saytının AS nəşrinə istinadən məlumatına görə, "kral klubu"nda bu posta namizədlərdən biri Mikael Laudrup olub.

Moskva "Spartak"ının sabiq çalışdırıcısı futbolçu karyerası zamanı formasını geyindiyi madridlilərə "yox" cavabını verib. Danimarkalı mütəxəssis komandanın hazırkı durumu qənaətbəxş olmadığından, danışığa razılıq verməyib. Ona qədər isə italiyalı Antonio Konte ilə danışıqlar müsbət nəticələnməyib.

Qeyd edək ki, "Real" ilk 10 turdan sonra La Liqada 9-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest