İtaliyanın "Kalyari" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi Milan "İnter"inin yarımmüdafiəçisi Raca Naynqqolanı heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belçikalı yarımmüdafiəçi 1 illik icarəyə götürülüb.
 
ötən mövsümün əvvəlində "Roma"dan 38 milyon avroya "İnter"ə transfer olunan Naynqqolan, bu yay Milan təmsilçisi tərəfindən transferə çıxarılmışdı.
 
Naynqqolan 2010-2014-cü illər aralığında da "Kalyari"də çıxış edib. O, 2014-cü ildə bu klubdan "Roma"ya keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest