Serbiyanın "Partizan" klubu London "Arsenal"ının hücumçusu ilə güclənib. Matc.az xəbər verir ki, İngiltərə klubunun yaponiyalı futbolçusu Asano Takuma Belqrad təmsilçisinə transfer olunub. 
 
Bu barədə "Partizan"ın rəsmi saytı məlumat yayıb. Tərəflər 3 illik müqaviləyə imza atıblar. Asano yeni komandasında 11 nömrəli formanı geyinəcək.
 
Yaponiya yığmasının da şərəfini qoruyan Takuma, "Arsenal"a 2016-cı ildə cəlb olunub. O, elə həmin ildən Almaniyanın "Ştutqart" klubuna icarəyə verilib. Son mövsümdə isə yaponiyalı forvard "Hannover"də icarədə oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest