"Qəbələ" Topaz Premyer Liqasının X turunun hazırlığına start verib. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, oktyabrın 27-də keçirilən "Sumqayıt"la IX turun səfər matçının ertəsi Bakıda bərpaedici məşq keçib, ardınca birgünlük istirahətə buraxılan komanda paytaxtda bir araya gəlib.

"Qırmızı-qaralar" bu gün baş tutan səhər məşqi ilə "Sabah"la qarşılaşmanın hazırlığına başlayıb. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında keçən məşq prosesi "Bakı" FK-nın təlim-məşq bazasında gerçəkləşib. Futbolçular əvvəl fiziki təmrinlər yerinə yetirib, ardınca meydançada toplu çalışmalar icra olunub. Bir məşqlə paytaxt hazırlığını yekunlaşdıran "qırmızı-qaralar" sabah Qəbələyə yollanacaq. Günün ilk yarısında Bakını tərk edəcək komanda hazırlıqlarını Qəbələ şəhər stadionunda davam etdirəcək.

Qeyd edək ki, noyabrın 4-də keçiriləcək "Qəbələ" – "Sabah" matçı saat 17:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest