"Qəbələ" futbol üzrə Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünə hazırlığını davam etdirir. Matc.az xəbər verir ki, Avropa Liqasının 2-ci təsnifat mərhələsinin "Dinamo" (Tiflis, Gürcüstan) ilə oyunlarından sonra məşqlərinə bir günlük ara verən "qırmızı-qaralar" dünən Bakıda toplaşıb. 
 
İki gündü paytaxtda məşq edən futbolçular əsasən toplu və topsuz çalışmalar yerinə yetiriblər. Hazırlıq prosesində zədəli futbolçular İvitsa Juniç, Yusif Nəbiyev və Kristian Kouakou iştirak etməyib. Davit Volkov fərdi hazırlıq keçib.
 
Bugünsə "Qəbələ" yoxlama oyunu keçirib. Sənan Qurbanov yetirmələrini Küveytin "Əl Salmiyə" klubu ilə yoxlama matçında sınayıb. Bakı Olimpiya Stadionunda keçirilən görüş təmsilçimizin 2:0 hesablı qələbəssiylə nəticələnib. Matçın 70-ci dəqiqəsində bu gün ad günü olan 33 yaşlı Asif Məmmədovun vurduğu qolla hesabda 1:0 irəlidə çıxıb. 88-ci dəqiqədə isə "Qəbələ"nin ispaniyalı yarımmüdafiəçisi Fernan Lopez fərqlənərək üstünlüklərini artırıb. 
 
Xatırladaq ki, Bakıya təlim-məşq toplanışına gələn küveytliləri bundan əvvəl "Səbail" yoxlama matçında məğlub etmişdi - 2:1. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest