Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, , avrokuboklarda mübarizəni davam etdirən Azərbaycan klubunun da rəqibi müəyyənləşib.

çempionlar Liqasında "Qarabağ"ın Kipr APOEL-i ilə III təsnifat mərhələsindəki cütünün mümkün rəqibi dəqiqləşib. Ağdamlıların cütündə uduzan komanda Avropa Liqasının "Sutyeska" (Monteneqro) – "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. APOEL – "Qarabağ" görüşünün uğursuzu ilk matçı səfərdə keçirəcək.

 

Qeyd edək ki, Avropa Liqasının pley-offu avqustun 21-də və 28-də keçiriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest