"Real" "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanın transferində israrını davam etdirir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "kral klubu"nun bu məsələdə növbəti cəhdi uğursuz alınıb.

Belə ki, madridlilər Fransa millisinin keçidi müqabilində "qırmızı şeytanlar"a bu dəfə 27,4 milyon funt-sterlinq və yarımmüdafiəçi Hames Rodrigesi təklif edib. Lakin ingilislər bunu da düşünmədən rədd ediblər. Premyer Liqa klubu ulduz futbolçusunu 150 milyon funt-sterlinqdən aşağı qiymətə satmaq fikrində deyil.

Qeyd edək ki, ötən mövsüm Premyer Liqada 35 matçda iştirak edən Pol Poqba 13 qol, 9 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest