Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün püşkü atılıb. Matc.az xəbər verir ki, mərasim AFFA-nın inzibati binasında baş tutub. Püşkatmaya 8 komanda qatılıb və XXVIII ölkə çempionatının ilk turunun cütlükləri müəyyənləşib. 

Mövsümün tam təqvimi  bir neçə gündən sonra açıqlanacaq. 

8 klubun dairəvi sistemlə dörd dövrədə mübarizə aparacağı yarışın ilk turunun oyunları 16-18 avqustda keçiriləcək.

I tur

"Neftçi" - "Sabah"

"Səbail"  - "Zirə"

"Qəbələ" - "Sumqayıt"

"Keşlə" - "Qarabağ"

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest