İngiltərənin "Everton" klubu heyətini yeni futbolçuyla gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Yuventus"dan Moyze Kini transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.
 
"Everton" Kin üçün bonuslarla birlikdə "Yuventus"a 40 milyon avro ödəyəcək.
 
Moyze Kin son mövsümdə "Yuventus" forması ilə iştirak etdiyi 17 oyunda 7 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest