Futbol üzrə Qazaxıstan çempionatında 21-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin formasını geyindiyi "Tobol" da növbəti matçına çıxıb.
 
Sözügedən klub səfərdə "Atırau" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
 
Emil də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
Lider "Astana" bu turda məğlub olduğundan, "Tobol" bu qələbə sayəsində xallarının sayını 42-yə çatdırıb və hazırda 12 kollektiv arasında zirvədə qərarlaşıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest