"Qəbələ"nin U-19 komandasının UEFA Gənclər Liqasında Almaniyanın "Herta" klubu ilə keçirəcəyi oyunların başlama vaxtı müəyyənləşib. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, çempionlar yolunun II mərhələsinin ilk oyunu noyabrın 7-də keçiriləcək.

Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşma saat 17:00-da başlayacaq. Cavab matçı Berlində "Vurfplats" stadionunda keçiriləcək. Noyabrın 28-də baş tutacaq "Herta" – "Qəbələ" görüşü Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Qeyd edək ki, cütün qalibi pley-off mərhələsinə yüksələcək və bu raundda çempionlar Liqası yolunun qrup ikincilərindən biri ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest