Türkiyədə təlim-məşq toplanışında olan "Keşlə" bu gün hazırlıq çərçivəsində sonuncu yoxlama matçını keçirib. Matc.az xəbər verir ki, paytaxt klubu Türkiyənin aşağı liqa təmsilçisi "Batman Petrolspor" komandası ilə qarşılaşıb.
 
Tərlan Əhmədovun çalışdırdığı kollektiv bu oyunda 2:0 hesabı ilə qalib gəlib. Qolları "Keşlə"yə yeni cəlb olunmuş Lorenso Frutos və Vüsal İsgəndərli vurub.
 
"Keşlə" avqustun 5-də Bakıya dönəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest