İngiltərənin “Everton” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Almaniyanın “Maynts” klubundan Jan-Filipp Qbamini transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Fil Dişi Sahilindən olan futbolçu yeni komandasında 25 nömrəli formanı geyinəcək.
 
“Lans”ın yetirməsi olan Qbamin 3 il Fransa klubunun əvəzedici, daha 3 il də əsas komandasında forma geyinib. O, 2016-cı ildən “Maynts”ın uğurları üçün çalşırdı. Jan-Filip Fili Dişi Sahili yığmasında 11 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest