İngiltərənin “Brayton” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Çempionşipdə mübarizə aparan “Bristol Siti”nin müdafiəçisi Adam Uebsteri transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı ingilis futbolçu yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.
 
Britaniya mətbuatının yazdığına görə, “Brayton” bu transferə görə “Bristol Siti”yə 20 milyon funt-sterlinq təzminat ödəyib. Bu isə sözügedən klubun tarixində ən bahalı transfer deməkdi.
 
Uebster ötən mövsüm “Bristol Siti”nin heyətində 47 oyuna çıxıb, 4 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest