"Mən hələ Tuladakı görüşdə başa düşdüm ki, "Neftçi" güclü rəqibdi". Matc.az xəbər verir ki, bu sözlər Rusiya Futbol İttifaqının (RFİ) sabiq prezidenti Vyaçeslav Koloskova məxsusdu.

"Sport Express" qəzetinə müsahibə verən Koloskov Avropa Liqasının II təsnifat mərhələsində "Arsenal"la "Neftçi" arasında keçirilmiş oyunlara da toxunub.

"Neftçi"ni çox yaxşı komanda adlandıran sabiq RFİ rəsmisi təmsilçimizin fərdi ustalığından da bəhs edib: "Neftçi" Bakıda bir çox göstəricidə "Arsenal"ı üstələdi. İlk növbədə isə fərdi ustalıqda. "Arsenal" fiziki baxımdan "Neftçi"dən geri qalmadı. Amma meydan sahibi kimi sərt oynırdılar. Zərbəyə zərbə ilə  cavab verirdilər. Amma müqayisə bununla başa çatır. Qalan hər şey "Neftçi"nin xeyrinə idi. Sürət, texnika, fərdi keyfiyyətlər, oyun qavrama "Neftçi"də yüksək idi".

 

Qeyd edək ki, "Neftçi" "Arsenal"ı səfərdə 1:0, Bakıda 3:0 hesabı ilə məğlub edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest